Gürcüstana 10 kiloqramdan artıq heroinlə qanunsuz daxil olan Azərbaycan vətəndaşları saxlanılıb
12:55 02 May 2022
Gürcüstanda “Vaxtanqisi” sərhəd-keçid məntəqəsi ərazisində iki nəfər Azərbaycan vətəndaşı saxlanılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, 1998 və 1989-cu il təvəllüdlü şəxslər Gürcüstanın dövlət sərhədini qrup halında qanunsuz keçməkdə, həmçinin külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanılması və idxalında ittiham olunurlar.
İstintaqla müəyyən edilib ki, ittiham olunan şəxslər Azərbaycan tərəfindən Gürcüstan sərhədini nəzarət-buraxılış məntqəsindən yan ötməklə qanunsuz keçiblər və ölkəyə 10 kilorqramdan artıq heroin idxal ediblər.
Həmin şəxsləri 15 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası gözləyir.
Oxunub: 508
Oxşar xəbərlər
- Gürcüstana qızıl külçə keçirən Ermənistan vətəndaşı saxlanılıb
- Gürcüstana avtobusla gediş-gəliş açıla bilər
- Gürcüstana gedən azərbaycanlıların sayı artıb
- Gürcüstana külli miqdarda qızıl keçirilməsinin qarşısı alınıb
- Gürcüstana gedən azərbaycanlı turistlərin sayı artıb
- Gürcüstana qar yağıb
- Gürcüstana ən çox səfər edənlər Azərbaycan vətəndaşlarıdır
- Gürcüstana qanunsuz keçməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb
- Gürcüstana keçmək istəyən sürücülərə Azərbaycan ərazisi tövsiyə olundu
- Gürcüstana 490 mindən çox azərbaycanlı gedib