Nə qədər fitrə çıxarmalıyıq? – QMİ-DƏN AÇIQLAMA


13:20     02 May 2022 dua%20azvvv.jpg

"Bu günə həm də fitr bayramı deyirlər. Hansı ki bu bayramın da özəlliyi insanların fitrə çıxarmasıdır. Bu, ailədə hər bir fərdə görə 10-15 manat civarında hesablanıb. Mən xahiş edirəm, insanlarımız fitrəni pulla çıxarsınlar. Çünki belə daha məqsədəuyğundu".

Femida.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü və QMİ sədrinin müavini Fuad Nurullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə belə olan halda həmin məbləğ ehtiyaclara uyğun xərclənə bilir: "Pulla çıxarılmanın özəlliyi odur ki, belə olan halda, ehtiyacı olan kəslər həmin məbləği məhz həmin ehtiyaca xərcləyə bilirlər".

Açar sözlər:

Oxunub: 312