Almaniyada Azərbaycan vətəndaşına xəsarət yetirən şəxs saxlanılıb
14:58 02 May 2022

Almaniyada Azərbaycan Respublikası vətəndaşına xəsarət yetirərək qaçan şəxs saxlanılıb.
Hadisə ötən ilin oktyabrında Köln şəhərində qeydə alınıb. Azyaşlı övladı ilə qatarda səyahət edən 37 yaşlı Azərbaycan vətəndaşı tüfeyli həyat sürən şəxsin fiziki zorakılığına məruz qalıb. Baş nahiyəsindən xəsarət alan Azərbaycan vətəndaşı növbəti stansiyada polisə məlumat verib.
Qatar vaqonlarındakı kamera görüntüləri əsasında araşdırma aparan Köln şəhər polisi ötən gün Azərbaycan vətəndaşına fizikin xəsarət yetirən şəxsi saxlayıb. 43 yaşlı şəxs hadisəni xatırlamadığını, həmin vaxt alkoqollu içkinin təsiri altında olduğunu deyib.
Saxlanılan şəxs məhkəməyə çıxarılıb və barəsində iki ay müddətinə həbs qətimkan tədibiri seçilib.
Oxunub: 259
Oxşar xəbərlər
- Almaniyadan Ukraynaya daşınan zenit raket kompleksləri və pulemyotlar gətirilib
- Almaniyada müsəlmanların məzarları naməlum şəxslər tərəfindən dağıdılıb
- Almaniyada "omikron" ştamından ilk ölüm qeydə alınıb
- Almaniyada koronavirusun yeni “omikron” ştamı aşkarlanıb
- Almaniyada klinikalara kömək üçün 12 min hərbçi səfərbər ediləcək
- Almaniyada təyyarə qəzaya düşdü, ölənlər var
- Almaniyadan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub
- Almaniyada etiraz aksiyalarında azı 12 polis xəsarət alıb
- Almaniyada bir gündə 400-ə yaxın insan koronavirusdan ölüb
- Almaniyada koronavirusa sutkalıq yoluxma sayı 30 mini keçib