ABŞ-ın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edib


19:43     02 May 2022 22_05_02_1651499025.jpg

ABŞ səfirliyinin əməkdaşları Ukraynada fəaliyyətini bərpa etmək məqsədilə Lvov şəhərinə qayıdıb.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Krinstin Kvin mayın 2-də bildirib.

“Biz qayıtmağımıza şadıq. Ukraynalılara yardım etmək üçün burada bütün imkanlardan istifadə edəcəyik”, - o, Lvovda keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, Rusiyanın hərbi müdaxiləsindən sonra ABŞ səfirliyini Kiyevdən Ukraynanın qərbindəki Lvov şəhərinə, oradan isə Polşaya köçürmüşdü.

Açar sözlər:

Oxunub: 295