Azərbaycanda son sutkada koronavirusa 1 yeni yoluxma qeydə alınıb, ölən olmayıb


19:48     02 May 2022 22_05_02_1651506562.jpg

Azərbaycanda koronavirus infeksiyasına 1 yeni yoluxma halı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Femida.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 792 579 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb. Onlardan 782 786 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər dünyasını dəyişib, hazırda aktiv xəstə sayı 84 nəfərdir.

Son gün ərzində 1 663, hazırkı dövrədək isə 6 819 005 test aparılıb.

Açar sözlər:

Oxunub: 322