Qubada 35 yaşlı kişi qətlə yetirilib
20:43 02 May 2022

Mayın 2-si saat 19 radələrində Quba rayonu ərazisində 1987-ci il təvəllüdlü Sərraf Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Quba rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin atası 1957-ci il təvəllüdlü Nüsrət Vahabovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərraf Vahabova ürək nahiyəsindən bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nüsrət Vahabov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Oxunub: 267
Oxşar xəbərlər
- Qubada qadın baltalanıb, qızı anasını ölümdən xilas edib
- Qubada kişi keçmiş arvadını qətlə yetirib, sonra intihar edib
- Qubada daha 5 vəzifəli şəxsə cinayət işi başlanılıb
- Qubada avtoxuliqanlıq edən şəxs saxlanılıb
- Qubada yarım kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb
- Qubada 39 yaşlı kişi intihar edib
- Qubada piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən sürücüyə bəraət verilib
- Qubada tanışını öldürmək istəyən şəxs həbs edilib
- Qubada narkokuryerlər saxlanılıb
- Qubada narkotik dövriyyəsinə görə 2 nəfər həbs edilib