AFFA rəsmisi Avropa çempionatına təyinat alıb


14:45     03 May 2022 22_05_03_1651567559.jpg

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən növbəti təyinat alıb.

"Report"un məlumatına görə, Hacı-Məhərrəmov 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin oyunlarında UEFA nümayəndəsi olacaq.

O, qrup mərhələsinin 6, həmçinin ¼, yarımfinal və final oyunlarında iş başında olacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 16 may - 1 iyunda İsraildə təşkil olunacaq.

Açar sözlər:

Oxunub: 439