Türkiyə və Ermənistan nümayəndələri arasında görüş olub, danışıqların intensivləşdirilməsi barədə razılığa gəlinib
18:01 03 May 2022

Türkiyə XİN, Ermənistanla normallaşma prosesi haqqında bəyanat yayıb.
"Türkiyə və Ermənistan nümayəndələri normallaşma prosesi üçün müəyyən olunmuş hədəfləri bir daha təsdiq edib".
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, bu gün (3 may) Türkiyə təmsilçisi Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada keçirilən görüş çərçivəsində tərəflər, səmimi şəkildə ətraflı fikir mübadiləsi aparıb.
Həmçinin normallaşma prosesinin sürətləndirilməsi üçün danışıqların intensivləşdirilməsi barədə birgə razılığa gəlinib.
Oxunub: 291
Oxşar xəbərlər
- Türkiyə ordusu İraqın şimalında daha 10 terrorçunu məhv edib
- Türkiyə Suriyanın şimalında 52 terrorçunu zərərsizləşdirib
- Türkiyə ordusu Suriyada daha 12 terrorçunu zərərsizləşdirib
- Türkiyə ordusu İraqda daha 11 terrorçunu zərərsizləşdirib
- Türkiyə ordusu İraqda 5 terrorçunu zərərsizləşdirib
- Türkiyə və İran XİN başçıları telefonla danışıb
- Türkiyə və Ermənistan arasında sərhəd xətti yenidən müəyyən ediləcək
- Türkiyədə sərnişin təyyarəsi təcili eniş edib
- Türkiyədən dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var
- Türkiyə ordusu 12 terrorçunu məhv edib