Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb


21:23     03 May 2022 dava66655.jpg

Kürdəmirdə kütləvi dava zamanı 5 nəfər xəsarət alıb.

Femida.az xəbər verir ki, hadisə Qarasu kəndində qeydə alınıb.

Kənd sakini Allahverənov Əfqan Gülü oğlu özünə məxsus əkin sahəsini suvaran zaman həmkəndlisi Məmmədov Abdulla Nuru oğlu ilə aralarında mübahisə yaranıb. Bu zaman onlar bir-birlərinə müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Bundan sonra mübahisəyə onların yaxınları da müdaxilə edib, lakin bu, kütləvi dava ilə nəticələnib. Dava zamanı kənd sakinləri, qardaşlar - Allahverənov Əfqan Gülü oğlu, Allahverənov Allahverən Gülü oğlu, Allahverənov Fəxrəddin Gülü oğlu, Allahverənov Daşqın Gülü oğlu, qarşı tərəfdən isə Məmmədov Abdulla Nuru oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 407