Abşeronda avtomobil piyadanı vuraraq öldürüb


09:58     04 May 2022 22_05_04_1651641658.jpg

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə mayın 3-ü saat 21:30 radələrində rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Rəşid Mürsəlov idarə etdiyi “Mercedes” markalı avtomobillə Sumqayıt istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada – 1976-cı il təvəllüdlü Yadigar Əmiraslanovu vurub. Xəstəxanaya aparılan piyada orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Açar sözlər:

Oxunub: 390