Biləsuvarda kişi qonşusuna 8 bıçaq zərbəsi vurub
11:15 04 May 2022

Biləsuvarda bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
hadisə ötən gün axşam saatlarında rayonun Ovçubərə kəndində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Mirzəyev Səxavət Xalıq oğlu həyətyanı sahəsini suvarmaq üçün qonşusunun həyətindən keçən su kanalını qazaraq təmizləyib. Bundan xəbər tutan qonşusu, 1991-ci il təvəllüdlü Abdullayev Əlizadə Vaqif oğlu onunla mübahisə edib.
Nəticədə Ə.Abdullayev S.Mirzəyevə 8 bıçaq zərbəsi vurub.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Mirzəyevin vəziyyəti ağır qiymətləndirilir.
Daha sonra Ə.Abdullayev polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 288
Oxşar xəbərlər
- Biləsuvarda 37 yaşlı kişi bıçaqlanıb
- Biləsuvarda traktor avtomobillə toqquşub, ölən var
- Biləsuvarda avtomobillər toqquşub, ölən var
- Biləsuvarda 29 nəfərə qarşı dələduzluq edən şəxs həbs olunub
- Biləsuvarda tutulan narkokuryerin çantasından 16 kq narkotik aşkarlanıb
- Biləsuvarda avtomobil yeniyetməyə ağır xəsarət yetirib
- Biləsuvarda 17 yaşlı oğlan evində ölü tapılıb
- Biləsuvarda qanunsuz ov edən şəxs saxlanılıb
- Biləsuvarda şəhidin abidəsinin qarşısından gül dibçəkləri oğurlanıb
- Biləsuvarda elektrik şəbəkəsinin işçisinə xəsarət yetirən şəxs saxlanılıb