Biləsuvarda kişi qonşusuna 8 bıçaq zərbəsi vurub


11:15     04 May 2022 22_05_04_1651644965.jpg

Biləsuvarda bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

hadisə ötən gün axşam saatlarında rayonun Ovçubərə kəndində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Mirzəyev Səxavət Xalıq oğlu həyətyanı sahəsini suvarmaq üçün qonşusunun həyətindən keçən su kanalını qazaraq təmizləyib. Bundan xəbər tutan qonşusu, 1991-ci il təvəllüdlü Abdullayev Əlizadə Vaqif oğlu onunla mübahisə edib.

Nəticədə Ə.Abdullayev S.Mirzəyevə 8 bıçaq zərbəsi vurub.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Mirzəyevin vəziyyəti ağır qiymətləndirilir.

Daha sonra Ə.Abdullayev polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 460