Ötən ay azad edilən ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
12:33 04 May 2022

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan Femida.az-a verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 341, tank əleyhinə 482 mina və 673 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 1 701.5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Oxunub: 274
Oxşar xəbərlər
- Ötən gün axtarışda olan 92 nəfər saxlanılıb
- Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- Ötən gün axtarışda olan 45 nəfər saxlanılıb
- Ötən gün yol qəzalarında 3 nəfər ölüb
- Ötən il özünü güllələyən şəxs intihar edib
- Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
- Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- Ötən il inzibati məsuliyyətə cəlb edilən şəxslərin sayı açıqlanıb
- Ötən gün yol qəzalarında 3 nəfər ölüb
- Ötən gün yol qəzalarında 2 nəfər ölüb