Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub


16:06     04 May 2022 22_05_04_1651666030.jpg

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Masallı rayonunun ərazisində keçirilən nəzarət tədbirləri zamanı rayonun Köhnə Alvadı kəndində kənd sakini Rəqib Vəlizadəyə məxsus ağac emalı sexində qanunsuz yolla əldə edilmiş 11,2 m3 həcmində işlik meşə materialı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Femida.az-a bildirib ki, işlik materialın haradan əldə olunmasının müəyyən edilməsi məqsədilə toplanmış sənədlər Masallı Rayon Polis Şöbəsinə göndərilib.

Açar sözlər:

Oxunub: 413