Şəmkirdə yük maşınları toqquşub, 2 ölü, 1 yaralı var


21:03     04 May 2022 22_05_04_1651683810.jpg

Şəmkir rayonunda 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

İki yük maşınının toqquşması nəticəsində Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Əliyev Asif Yusif oğlu və Goranboy rayonunda məskunlaşan Kəlbəcər rayon sakini Muxtarov Elsevər dünyasını dəyişib.

Şəmkir rayon sakini, 1994-cü il təvəllüdlü Cəfərov Tural İsmayıl oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 424