Belarusdan Ukraynaya azı 631 raket atılıb


10:46     05 May 2022 22_05_05_1651726004.jpg

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri Belarusdan Ukrayna ərazisinə ən azı 631 raket atılıb.

Femida.az UNIAN-a istinadən xəbər verir ki, aprel ayına qədər ən çox raket buraxılışı martın 9-da qeydə alınıb, həmin gün ən azı 35 raket atılıb.

Ukrayna aprelin 1-də Belarusdan ən böyük bombardmana məruz qalıb, həmin gün ümumilikdə ən azı 56 raket buraxılıb.

Açar sözlər:

Oxunub: 567