Aİ səfirləri bu gün Rusiyaya qarşı növbəti sanksiyaları müzakirə edəcək
09:22 06 May 2022

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri bu gün - mayın 6-da Rusiyaya qarşı yeni, sayca altıncı sanksiyalar paketini müzakirə edəcəklər.
Femida.az xəbər verir ki, bu barədə Fransanın Aİ-dəki sədrliyinin tviterdə dərc olunmuş məlumatında deyilir.
“Sabahın gündəliyində altıncı sanksiyalar paketinin və ərzaq təhlükəsizliyi sahəsindəki vəziyyətin müzakirəsi var”, - məlumatda bildirilir.
Aİ Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyata görə Rusiyaya qarşı altıncı sanksiyalar paketini tətbiq etməyə hazırlaşır. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentinin sessiyasında çıxış edərkən Aİ ölkələrinə Rusiya neftindən mərhələli şəkildə imtina etməyə başlamağı, “Sberbank” da daxil olmaqla, daha üç Rusiya bankını SWIFT banklararası ödəniş sistemindən ayırmağı, Aİ-də Rusiyanın üç dövlət telekanalının yayımını dayandırmağı təklif edib.
Oxunub: 217
Oxşar xəbərlər
- Aİ gələn həftə Ukraynaya növbəti hərbi yardımı təsdiqləyəcək
- Aİ-nin Rusiyaya tətbiq edəcəyi növbəti sanksiyalar paketinin müddəaları açıqlanıb
- Aİ Şurasının Prezidenti və Ermənistanın Baş naziri Brüsseldə görüşüblər
- Aİ Ukraynadan olan qaçqınlar üçün 17 milyard avro ayırır
- Aİ və ABŞ Rusiyaya qarşı əlavə sanksiyalara hazırlığı müzakirə edirlər
- Aİ Rusiyadan Ukraynaya qarşı müharibəni dayandırmağı, qoşunlarını çıxarmağı tələb edib
- Aİ Ukraynaya 500 milyon avroluq hərbi yardım ayıracaq
- Aİ tarixdə ilk dəfə olaraq müdafiə strategiyasını qəbul edib
- Aİ Rusiyaya qarşı beşinci sanksiyalar paketi hazırlayır
- Aİ rusiyalı iş adamlarına qarşı yeni sanksiyalar paketi təqdim edib