Ukrayna MN: "Donetsk və Tavriya istiqamətlərində intensiv döyüşlər davam edir"
10:23 06 May 2022

“Rusiya ordusu şərq əməliyyat zonasında hücumu dayandırmır. Bu, onlara Donetsk və Luqansk vilayətlərində tam nəzarəti bərqərar etmək və Krımla quru dəhlizini saxlamaq üçün lazımdır”.
Femida.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin ölkədəki döyüşlərlə bağlı yaydığı operativ məlumatda bildirilib.
“Şimal istiqamətində isə ciddi hücumlar müşahidə edilməyib. Bölmələr yenidən qruplaşdırılır, onların döyüş qabiliyyəti bərpa olunur. Qoşunlarımızın mövqelərini və irəliləmə istiqamətlərini müəyyənləşdirmək üçün Rusiya Silahlı Qüvvələri hava kəşfiyyatı aparır. Donetsk və Tavriya istiqamətlərində intensiv döyüşlər davam edir”, - nazirlikdən qeyd olunub.
Rəsmi informasiyaya əsasən, son sutkada Rusiya ordusunun 15 hava hədəfi vurulub: “14 PUA və 1 təyyarə məhv edilib. Həmçinin Donetsk və Luqansk vilayətlərində qarşı tərəfin 11 hücumunun qarşısı alınıb. Ötən gün Rusiya ordusunun 8 tankı, 11 zirehli döyüş maşını vurulub”.
Oxunub: 297
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: "Rusiyanın 3 000-dən çox zirehli döyüş maşını məhv edilib"
- SON DƏQİQƏ! Benzinin qiyməti ilə bağlı "SOCAR PETROLEUM" açıqlama yaydı
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 1 helikopteri və 5 PUA-sı məhv edilib"
- XİN: "Üçtərəfli bəyanatdan sonra 219 nəfər mina qurbanı olub"
- Prezident: "Bu gün atamın, həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır"
- DİN: "Bakıda qanunsuz aksiyaya cəhdlərin qarşısı alınacaq"
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 26 minə çatıb"
- Ukrayna MN: "Rusiyanın kimya zavodlarında təxribat törədəcəyi istisna deyil"
- Ukrayna Baş Qərargahı: "Rusiyanın 25 650 hərbçisi zərərsizləşdirilib"
- Britaniya MN: "Rusiyanın yüksəkdəqiqlikli sursatı xeyli tükənib"