Prezident Yevlaxda avtomobil yolunun tikintisinə 2,1 milyon manat ayırıb


17:26     07 May 2022 22_05_07_1651929992.jpg

Prezident İlham Əliyev Yevlax rayonunun Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (6 km)-Tanrıqulular avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Femida.az -ın məlumatına görə, sərəncamla Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə (6 km)-Tanrıqulular avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Açar sözlər:

Oxunub: 405