Şəkidə qapı-pəncərə sexindən 15 min manatlıq oğurluq edən obyektin işçisi tutulub
19:55 07 May 2022
Şəki şəhəri ərazisində yerləşən qapı-pəncərə sexlərinin birindən 15 000 manatlıq oğurluq edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Polis Şöbəsinə müraciət edən zərərçəkən obyektin kassasında olan 2 000 manat nəğd pulun, 6 000 manat dəyərində materialların oğurlandığını və “VAZ-2104” markalı avtomobilin qaçırıldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin həmin qapı-pəncərə sexinin işçisi Hümmət Məmmədov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Davam etdirilən tədbirlərlə onun Hacıqabul rayonunda da mağazadan oğurluq etdiyi məlum olub.Saxlanılan şəxs ifadəsində qaçırdığı nəqliyyat vasitəsini satdığını, eləcə də cinayət yolu ilə əldə etdiyi pulları xərclədiyini bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb, H.Məmmədovun digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Oxunub: 428
Oxşar xəbərlər
- Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
- Şəkidə sel kəndlə şəhərin əlaqəsini kəsib, avtomobili aparıb
- Şəkidə avtomobil çaya aşıb, xəsarət alanlar var
- Şəkidə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
- Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
- Şəkidə işləmək adı ilə evdən çıxan şəxs itkin düşüb
- Şəkidə yaşayış evi yanıb, 60 yaşlı kişi ölüb
- Şəkidə avtomobil aşıb, xəsarət alanlar var
- Şəkidə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb
- Şəkidə yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub