Göygöldə evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb


11:58     08 May 2022 22_05_08_1651994587.jpg

Göygöl rayonunda evdən qızıl-zinət əşyaları və mobil telefon oğurlanıb.

Göygöl rayonunda vətəndaşa məxsus fərdi evlərin birindən 6 000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən keçmiş məhkumlar F. Məmmədov və İ. Məmmədov saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 488