ABŞ-ın birinci xanımı Ukraynaya gizli səfər edib
18:09 08 May 2022

ABŞ Prezidenti Cozef Baydenin xanımı Cill Bayden Ukraynaya gizli səfər edib.
Bu barədə Femida.az Ukrayna mətbuatına istinadən xəbər verir.
Zakarpatye Regional Şurası məlumatı təsdiqləyib.
Yerli mətbuatın məlumatına görə, ABŞ-ın birinci xanımı Cil Bayden Ujqorodda Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb.
“Cill Bayden və Yelena Zelenski Ujqorodda Ukraynanın hərbi əməliyyatların davam etdiyi ərazilərdən məcburi köçkün düşən insanların məskunlaşdıqları məktəbə baş çəkiblər.
"Məlum səbəblərdən Ujqorod səfəri elan olunmayıb, mümkün qədər məxfi saxlanılıb və media üçün qapalı olub. Görüşdə yalnız Ağ Evin mətbuat xidməti iştirak edib.
Hazırda Cill Bayden Ukrayna ərazisini tərk edib”, - Zakarpatye Regional Şurasının bəyanatında deyilir.
Qeyd edək ki, ABŞ-ın bir sıra media orqanları Cill Baydenin Ukraynaya səfərinə dair görüntüləri yayıblar.
Oxunub: 317
Oxşar xəbərlər
- ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub
- ABŞ-ın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edib
- ABŞ-ın lizinq şirkəti Rusiyada qalan 27 təyyarəni hesabdan siləcək
- ABŞ-ın İraqdakı bazasına raket hücumu olub
- ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana səfər edib
- ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana gedir
- ABŞ-ın altı şəhərində “Azərbaycan Günü” elan edilib
- ABŞ-ın İŞİD iddiası ilə səhvən məhv etdiyi ailə - Video
- ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin helikopteri qəzaya uğrayıb, ölənlər var
- ABŞ-ın Azərbaycandakı səfirliyində bayraq endiriləcək