ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub


21:04     08 May 2022 22_05_08_1652036672.jpg

ABŞ-ın Suriyanın Deyr əz-Zor əyalətində yerləşən hərbi bazası raket atəşinə tutulub.

Femida.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Koniko qaz yatağındakı Amerika bazasına iki dəfə raket zərbələri endirilib.

Neft yatağına ziyan dəyməyib.

Son zamanlar əyalətdə terror qruplaşmalarının yerləşdiyi ərazilər tez-tez hücumların hədəfinə çevrilir.

Açar sözlər:

Oxunub: 422