Göygöldə oğurluq edən şəxslər saxlanılıb
10:32 09 May 2022

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında rayon sakininə məxsus evdən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri - Fizuli Məmmədov və İntiqam Məmmədov qabaqcadan əlbir olaraq fərdi yaşayış evinə gizli yolla daxil olaraq oradan ümumi dəyəri 6 000 manat olan müxtəlif növ qızıl zinət əşyası və 1 ədəd mobil telefonu oğurlayıblar.
F. Məmmədov və İ. Məmmədov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxunub: 298
Oxşar xəbərlər
- Göygöldə avtomobil piyadanı vuraraq öldürüb
- Göygöldə evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb
- Göygöldə avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər saxlanılıb
- Göygöldə xəstəlikdən əziyyət çəkən kişi intihar edib
- Göygöldə yeniyetmə bacılar dəm qazından zəhərləniblər
- Göygöldə qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
- Göygöldə ev sahibəsinə qarşı soyğunçuluq edilib
- Göygöldə avtomobillər toqquşub, xəsarət alanlar var
- Göygöldə qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Göygöldə qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır