Neftçalada 3 nəfər bıçaqlanıb


10:55     09 May 2022 22_05_09_1652079372.jpg

Neftçala sakinləri bıçaqlanıb.

Hadisə rayonun Xıllı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakinləri - 1979-cu il təvəllülü Sadıqov Emin Baloğlan oğlu, 1992-ci il təvəllüdlü Həsənli Qəfər Hüseynağa oğlu və 1992-ci il təvəllüdlü Əhmədli Rüfət İsa oğlu bədənlərinin kəsilmiş-deşilmiş yaraları ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin məlumata görə, E.Sadıqovla Q.Həsənlinin küçədə, R.Əhmədlinin isə evdə tanımadığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 436