Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb
16:49 09 May 2022

Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Xalxal kəndində baş verib.
Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Dağlar Namizəd oğlu Həmidov dağda ölü vəziyyətdə aşkarlanıb.
Məlumata görə, 43 yaşlı D.Həmidov dağa odun gətirmək üçün gedibmiş.
Onun eşitmə və nitq qüsurlu olduğu bildirilir.
Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin dağlıq ərazidən götürülməsi istiqamətində işlər aparılır.
D.Həmidovun bədbəxt hadisə nəticəsində öldüyü ehtimal edilir.
Oxunub: 311
Oxşar xəbərlər
- Oğuzda meşə ərazisində yanğın olub
- Oğuzda ağır yol qəzasında bir ailənin üç üzvü yaralanıb
- Oğuzda qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
- Oğuzda elektron qolbaq daşıyan şəxsdən narkotik götürülüb
- Oğuzda avtomobil aşıb, sürücü xəsarət alıb
- Oğuzdakı yanğın söndürülüb
- Oğuzda iki avtomobil toqquşub, xəsarət alan var
- Oğuzda 67 yaşlı kişini avtomobil vurub
- Oğuzda yanğın olub
- Oğuzda yük maşını qaz xəttini qırıb - 40 abonent qazsız qalıb