İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
11:12 10 May 2022
İsmayıllı rayonu Mücühəftəran kəndində yerləşən evlərin birindən oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkən axşam saatlarında evdə olmadığı müddətdə sandıqda olan 21 000 manat pulunun oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxsin zərərçəkmişin həmkəndlisi Elçin Gülməmmədov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı 21 000 manat E.Gülməmmədovdan götürülərək istintaqa təhvil verilib.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü ( yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, Elçin Gülməmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Oxunub: 443
Oxşar xəbərlər
- İsmayıllıda dağlıq ərazidə meşə yanır
- İsmayıllıdakı vergi ödəyicilərinə xidmət mərkəzi müvəqqəti fəaliyyət göstərməyəcək
- İsmayıllıda meşədə narkotik plantasiyası salan şəxslər saxlanılıb
- İsmayıllıda restorandan oğurluq edən gözətçinin cinayət əməli ifşa olunub
- İsmayıllıda marketdə yararlılıq müddəti bitən məhsullar aşkarlanıb
- İsmayıllıda qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb
- İsmayıllıda məktəbdə texniki işçini öldürən gözətçi tutulub
- İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
- İsmayıllıda hərbi xidmətdən qayıdan şəxs dəm qazından boğularaq ölüb
- İsmayıllıda 79 yaşlı qadın evdə yanaraq ölüb