ABŞ Ukrayna poladına tətbiq edilən gömrük rüsumlarını ləğv edib


11:55     10 May 2022 22_05_10_1652167458.jpg

ABŞ Ukraynanın polad və polad məhsullarına tətbiq edilən gömrük rüsumlarını ləğv edib.

Bu barədə Ukrayna Baş nazirinin birinci müavini – iqtisadiyyat naziri Yuliya Sviridenko feysbukda bildirib.

“Söhbət Tramp administrasiyası tərəfindən 2018-ci ildə tətbiq edilən 25%-lik tariflərin dayandırılmasından gedir”, - Sviridenko qeyd edib.

Baş nazirin müavininin qeyd etdiyi kimi, bu məhdudiyyətlərin ləğvi ilə bağlı işlər bir neçə ildir ki, davam etdirilib.

Qeyd edək ki, Avropa İttifaqı Ukrayna ilə ticarət məhdudiyyətlərinin aradan qaldırılmasını müzakirə edir. “Ukrmetallurqprom”da qeyd edildiyi kimi, bu qərarın qəbulu ölkə iqtisadiyyatının bərpasına kömək edəcək.

Açar sözlər:

Oxunub: 2881