Ermənistan ziyalıları Paşinyanı sülh müqaviləsi bağlamağa çağırıblar
14:22 10 May 2022

Ermənistanın bir qrup ziyalısı ölkənin Baş naziri Nikol Paşinyana müraciət edərək Azərbaycanla danışıqları sülh müqaviləsi imzalamaqla başa çatdırmağı xahiş edib.
Bu barədə Femida.az “Epress.am”a istinadən məlumat verir.
“Ermənistanın Respublikasının dövlət bayramları siyahısına əsasən, 9 may “Qələbə və Sülh bayramı” kimi qeyd olunur.
Biz, aşağıda imzası olan Ermənistan vətəndaşları bu günün tövsiyəsini sülhün aydın tələbi kimi şərh edirik, çünki sülh qələbədir, sülhsüz “qələbə” isə məğlubiyyətdir. Biz sülhə alternativin olmadığına israr edirik. Bu, “məğlubun boynuna keçirilmiş ilgək” yox, Ermənistan xalqının sülh şəraitində yaşamaqla bağlı 2021-ci ildə keçirilmiş növbədənkənar seçkilərdə ratifikasiya olunmuş azad ifadəsidir”, - müraciətdə deyilir.
Onlar daha sonra müraciətlərində yazıblar: “Müharibə fəlakətindən əziyyət çəkən xalqımızın ağrı və kədərini, vətəndaş cəmiyyətindən olan həmkarlarımızın bütün haqlı narahatlıqlarını bölüşərək, heç bir “əmma” olmadan sülh tələb edirik”.
Oxunub: 266
Oxşar xəbərlər
- Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini intensiv atəşə tutub
- Ermənistan ordusunun generalına qarşı ittiham irəli sürülüb
- Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub
- Ermənistan Azərbaycanın təqdim etdiyi beş prinsipi qəbul edib
- Ermənistanda Rusiya vətəndaşının asılmış meyiti aşkarlanıb
- Ermənistan Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini atəşə tutub
- Ermənistan ordusu Tovuzu atəşə tutub
- Ermənistanın baş naziri və XİN rəhbəri Rusiyaya səfər edəcək
- Ermənistanın növbəti hoqqası - Xankəndinin qazını kim kəsib?
- Ermənistan ikinci Qarabağ müharibəsində itkilərinin son sayını açıqlayıb