Ağstafanın qazla təchizatında fasilə yaranacaq


20:33     10 May 2022 22_05_10_1652203998.jpg

“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazisində olan hissəsində qaz sızması aşkar olunub.

Femida.az “Azəriqaz”a istinadən xəbər verir ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə 11.05.2022-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağstafa şəhəri daxil olmaqla, rayonun 16 kəndinin qaz təchizatında fasilə yaranacaq.

Açar sözlər:

Oxunub: 470