Prezident: "Bu gün atamın, həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır"
21:45 10 May 2022

"Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır".
Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Şuşa şəhərində etdiyi müraciətində bildirib.
Dövlət başçısı deyib:
"Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. Xalqımız üçün ən çətin anlarda xalqın yanında olmuşdur, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas etmişdir. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin banisidir, onun qurucusudur. O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu.
Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik".
Oxunub: 303
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: "Rusiyanın 3 000-dən çox zirehli döyüş maşını məhv edilib"
- SON DƏQİQƏ! Benzinin qiyməti ilə bağlı "SOCAR PETROLEUM" açıqlama yaydı
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 1 helikopteri və 5 PUA-sı məhv edilib"
- XİN: "Üçtərəfli bəyanatdan sonra 219 nəfər mina qurbanı olub"
- DİN: "Bakıda qanunsuz aksiyaya cəhdlərin qarşısı alınacaq"
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 26 minə çatıb"
- Ukrayna MN: "Rusiyanın kimya zavodlarında təxribat törədəcəyi istisna deyil"
- Ukrayna Baş Qərargahı: "Rusiyanın 25 650 hərbçisi zərərsizləşdirilib"
- Britaniya MN: "Rusiyanın yüksəkdəqiqlikli sursatı xeyli tükənib"
- MN: "Azərbaycan Ordusunun Zod mədənində mülki erməni işçilərə atəş açması yalandır"