Ukraynanın ilk prezidenti Leonid Kravçuk vəfat edib


21:51     10 May 2022 22_05_10_1652205116.jpg

Ukraynanın ilk prezidenti Leonid Kravçuk uzun sürən xəstəlikdən sonra vəfat edib.

Femida.az xəbər verir ki, bu barədə Ukrayna İnformasiya Agentliyinə siyasətçinin ailəsindən bildirilib.

Qeyd edək ki, bu ilin yanvarın 10-da Kravçukun 88 yaşı tamam olub. Onun səhhətində problem 2021-ci ilin iyununda yaranıb. Sabiq dövlət başçısı Kiyevdəki xəstəxanalardan birində ürəyindən əməliyyat olunub.

Açar sözlər:

Oxunub: 441