Bakıda arvadını məftillə boğaraq öldürən şəxsə hökm oxunub


12:33     11 May 2022 22_05_11_1652255066.jpg

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vilayət Məmmədova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü V.Məmmədov yaşadığı evdə həyat yoldaşı, 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanı məftillə boğaraq qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

V.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Açar sözlər:

Oxunub: 398