ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub


21:08     13 May 2022 22_05_13_1652461742.jpg

ABŞ-ın müdafiə naziri Lloyd Ostin və rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

Femida.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, amerikalı nazir həmkarını Ukraynada dərhal atəşkəs elan etməyə çağırıb və kommunikasiyanın qorunmasının vacibliyini vurğulayıb.

Xatırladaq ki, tərəflər arasında sonuncu telefon danışığı fevralın 18-də baş tutub.

Açar sözlər:

Oxunub: 301