Bakıda intihara cəhd olub


21:58     13 May 2022 22_05_13_1652463151.jpg

Bakıda intihara cəhd olub.

Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Açar sözlər:

Oxunub: 331