Aİ gələn həftə Ukraynaya növbəti hərbi yardımı təsdiqləyəcək


12:47     14 May 2022 22_05_14_1652516967.jpg

Avropa İttifaqı (Aİ) gələn həftə Ukraynaya 0,5 milyard avro həcmində hərbi yardımın dördüncü tranşını təsdiq edəcək.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın yüksək rütbəli rəsmisi deyib.

“Biz gələn həftə milli büdcə prosedurlarını nəzərə alaraq, siyasi razılaşmaya ümid edirik”, - rəsmi Aİ-nin müdafiə nazirlərinin mayın 17-də keçiriləcək görüşünü şərh edərkən bildirib.

Gələn həftə baş tutacaq iclasda 27 ölkənin nazirləri ilə yanaşı, NATO-nun baş katibi Yens Stoltenberq və Ukraynanın müdafiə naziri Oleksiy Reznikov da iştirak edəcək.

Bundan əvvəl Avropa İttifaqının təhlükəsizlik və xarici işlər üzrə ali nümayəndəsi Jozep Borrel vurğulayıb ki, Aİ Ukraynaya hərbi yardımın ümumu məbləğini 2 milyard avroya qaldıracaq. Hərbi yardımın növbəti tranşı ağır silahların alınmasına xəclənəcək.

Qeyd edək ki, Aİ-nin Ukraynaya hərbi tədarükü Avropa Sülh Fondu vasitəsilə həyata keçirilir.

Açar sözlər:

Oxunub: 396