Ukrayna ordusu Rusiya ilə sərhəd yaxınlığında yaşayış məntəqəsini azad edib
20:27 14 May 2022

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiya Federasiyası ilə sərhəd yaxınlığında yerləşən daha bir yaşayış məntəqəsini azad edib.
Femida.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə hərbi müxbir Andrey Saplienko şəxsi teleqram kanalında bildirib.
"Xarkovun şimalında daha bir kənd azad edildi və biz bura hərbçilərimizlə birlikdə gələn ilk jurnalistlər olduq. Hələ ad çəkmirik. Amma dövlət sərhədinə cəmi yüzlərlə metr var", - Saplienko qeyd edib.
UNİAN qeyd edib ki, yaşayış məntəqəsinin adı təsadüfən gizlədilmir. Aprelin sonunda Ukrayna Müdafiə Nazirliyindən işğaldan azad edilmiş yaşayış məntəqələri ilə bağlı rəsmi təsdiqlənənə qədər məlumatın dərc edilməməsi xahiş olunub. Ukrayna Silahlı Qüvvələri yeni mövqelərdə möhkəmlənməlidir, əks halda Russka Lozovada olduğu kimi vəziyyət yarana bilər.
Oxunub: 279
Oxşar xəbərlər
- Ukrayna ordusunun batalyonu Xarkovda Rusiya ilə sərhədə çatıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna DİN: Rusiya müharibənin 3-cü mərhələsinə qədəm qoyub
- Ukrayna Baş Qərargahı cəbhədəki son vəziyyəti açıqlayıb
- Ukrayna Baş Qərargahı döyüş meydanındakı son durumu açıqlayıb
- Ukrayna Milli Qvardiyasının canlı qüvvə itkisinin sayı ilk dəfə açıqlanıb
- Ukraynanın ilk prezidenti Leonid Kravçuk vəfat edib
- Ukrayna Avropaya qaz tranzitini dayandırıb
- Ukrayna Silahlı Qüvvələri Xarkovda 4 yaşayış məntəqəsini azad edib
- Ukrayna SQ son sutkada Rusiyanın 10 hava hədəfini məhv edib