Ukrayna ordusu Rusiya ilə sərhəd yaxınlığında yaşayış məntəqəsini azad edib


20:27     14 May 2022 22_05_14_1652545707.jpg

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiya Federasiyası ilə sərhəd yaxınlığında yerləşən daha bir yaşayış məntəqəsini azad edib.

Femida.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə hərbi müxbir Andrey Saplienko şəxsi teleqram kanalında bildirib.

"Xarkovun şimalında daha bir kənd azad edildi və biz bura hərbçilərimizlə birlikdə gələn ilk jurnalistlər olduq. Hələ ad çəkmirik. Amma dövlət sərhədinə cəmi yüzlərlə metr var", - Saplienko qeyd edib.

UNİAN qeyd edib ki, yaşayış məntəqəsinin adı təsadüfən gizlədilmir. Aprelin sonunda Ukrayna Müdafiə Nazirliyindən işğaldan azad edilmiş yaşayış məntəqələri ilə bağlı rəsmi təsdiqlənənə qədər məlumatın dərc edilməməsi xahiş olunub. Ukrayna Silahlı Qüvvələri yeni mövqelərdə möhkəmlənməlidir, əks halda Russka Lozovada olduğu kimi vəziyyət yarana bilər.

Açar sözlər:

Oxunub: 433