Türkiyə ordusu İraqın şimalında daha 10 terrorçunu məhv edib


19:12     15 May 2022 22_05_15_1652627597.jpg

Türkiyə ordusu İraqın şimalında keçirdiyi əməliyyat zamanı PKK-nın daha 10 terrorçusunu məhv edib.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da "Pençe Kilit" əməliyyat zonasında zərərsizləşdirilən terrorçuların ümumi sayı 95-ə çatıb.

Türkiyə ordusunun Şimali İraqda sərhədyanı əməliyyatı aprelin 18-dən həyata keçirilir. Buraya aviasiya və xüsusi təyinatlılar daxildir.

Açar sözlər:

Oxunub: 334