Göygöldə avtomobil piyadanı vuraraq öldürüb


11:11     16 May 2022 22_05_16_1652685133.jpg

Göygöl rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 14-ü saat 22 radələrində rayonun Quşqara kəndi ərazisində Şəmkir rayon sakini E.Novruzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Azər Allahverdiyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 383