Keçmiş məhkum kənd məscidinin nəzir qutusunu qarət etdi


18:21     16 May 2022 2022/05/62822a585fd8062822a585fd81165269768862822a585fd7b62822a585fd7e_1652711162.jpg

Məscidlərin nəzir qutularını qarət edən Lənkəran sakini saxlanılıb.

Oğru üzünə maska taxaraq kənd məscidinin içərisindəki nəzir qutusunu sındırıb, qutudakı 120 manat pulu götürərək oradan uzaqlaşıb. Hadisə Lənkəranın Tütəpeştə kəndində baş verib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin kimliyi müəyyən edilib və o, “isti izlərlə” saxlanılıb. Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş, hazırda üzərində elektron qolbaq olan Zülfi Nəzərli olduğu müəyyən edilib.

Araşdırmalarla onun digər analoji əməlinin də üstü açılıb.

Məlum olub ki, həmin şəxs Seydəkəran kənd məscidinin qarşısındakı nəzir qutusunu da sındıraraq içərisindəki pulu oğurlayıb.

Şöbənin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı isə Liman şəhər 2 saylı tam orta məktəbin anbarından ümumi dəyəri 400 manat olan 2 ədəd soba və dəmir barmaqlıları, Nərimanabad qəsəbəsindəki yaşayış evlərindən birinin həyətindən 1 ədəd su nasosunu oğurlamaqda şübhəli bilinən Liman şəhər sakini Rəşad Salayev müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.



Açar sözlər:

Oxunub: 453