Bakıda 45 yaşlı kişi bıçaqlanıb


10:20     17 May 2022 22_05_17_1652768469.jpg

Bakıda 45 yaşlı şəxs bıçaqlanıb.

Hadisə mayın 15-də paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, Mahir İbrahimov tanışı, 1977-ci il təvəllüdlü Asim Sultanova döş qəfəsindən bir ədəd bıçaq zərbəsi endirib. Daha sonra yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Hazırda M.İbrahimovun saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 338