Şəkinin bir hissəsində qaz kəsiləcək


11:12     17 May 2022 22_05_17_1652771607.jpg

Bu gün Şəki rayonunun bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq.

Bu barədə Femida.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər başa çatana qədər “Cəfərabad” QPS-dən qidalanan “Şəki-Cəfərabad” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Şəki şəhəri daxil olmaqla 1 qəsəbə və 30 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Açar sözlər:

Oxunub: 326