Ağdaşda əcnəbi evdən oğurluq edib
11:25 18 May 2022
Ağdaş şəhəri ərazisində yerləşən evlərin birindən oğurluq edilib.Zərərçəkən şikayət ərizəsi ilə polis şöbəsinə müraciət edərək yaşadığı evdən özünün olmadığı müddətdə dəmir boruların, müxtəlif məişət əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını və ona 1500 manata yaxın maddi ziyan dəydiyini bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluğu edən zərərçəkmişin qonşusu Rahim Musayev və xarici ölkə vətəndaşı Kamran Mamedov şübhəli şəxs qismində saxlanılıb.
Araşdırma zamanı onların qabaqcadan əlbir olaraq hadisəni planlaşdırdıqları və oğurladıqları əşyaları müxtəlif şəxslərə dəyərindən ucuz qiymətə sataraq, əldə etdikləri pulu öz aralarında böldükləri məlum olub.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, onların digər qanunazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.
Oxunub: 405
Oxşar xəbərlər
- Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb
- Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb
- Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
- Ağdaşda evdə yanğın zamanı 87 yaşlı qadın yanaraq ölüb
- Ağdaşda iki avtomobil toqquşub, xəsarət alan var
- Ağdaşda qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs saxlanılıb
- Ağdaşda kişi döyülüb, qadın hədələnib
- Ağdaşda müştərilərə qəlyan təklif edən çay evinin icarədarı cərimələnib
- Ağdaşda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
- Ağdaşda Vətən müharibəsi qazisi intihar edib