Siqaretin satışına qadağa qoyuldu - Türkmənistanda


03:16     18 Yanvar 2016 qurbanqulu.jpg

Türkmənistanda siqaretin satışına qadağa qoyulub.

Femida.az-ın məlumatına görə, prezident Qurbanqulu Berdiməhəmmədov ölkədə tütün məhsullarının satışını təmamilə qadağan edib. Bu barədə “İndependent” qəzeti yazıb.

Prezidentin bu qərarına əməl etməyən mağaza sahibləri təxminən 2700 manat cərimə ödəməli olacaq.

Xatırladaq ki, 2000-ci ildə Türkmənistanda ictimai yerlərdə siqaret çəkilməsi qadağan edilmişdi.

Açar sözlər:

Oxunub: 1019