İrana qarşı yeni sanksiyalar - SON DƏQİQƏ


03:32     18 Yanvar 2016 abs_iran.jpg

ABŞ Maliyyə Nazirliyi İranın raket proqramı ilə əlaqəli olan 11 şirkət və təşkilatına yeni sanksiya tətbiq edib.

Femida.az ABŞ bir sıra İran şirkətlərinin və fərdlərin üzərinə yeni sanksiyalar qoyub. Sanksiyaların bu yaxınlarda İran tərəfindən keçirilmiş ballistik raket sınağı ilə bağlı olduğu deyilir.


"Azadlıq" radiosu bildirir ki, ABŞ Maliyyə Nazirliyi tərəfindən qoyulmuş yeni sanksiyalara görə raket proqramı ilə bağlılığı olan 11 hüquqi və fiziki şəxs ABŞ-ın bank sistemindən istifadə edə bilməzlər.

Yeni sanksiyalar İran üzərindən nüvə proqramı ilə bağlı bütün beynəlxalq sanksiyaların qaldırılmasından bir gün sonra baş verib.

Xaırladaq ki, İran üzərindən sanksiyaların qaldırılıması həm Tehran, həm də Vaşinqton tərəfindən alqışlanıb.

Ekspertlər bildirirlər ki, İran üzərinə yeni sanksiyaların qoyulmasına ölkənin özü, dəqiq vuran raket sistemlərinin sınağını keçirməklə səbəb olub.

ABŞ rəsmiləri bildiriblər ki, İranın ballistik raketləri dünya və region üçün əhəmiyyətli təhlükə təşkil edir.

Yeni sanksiyalar köhnələri ilə bağlı deyil

ABŞ mətbuatı vurğulayır ki, prezident Obama İran üzərindən sanksiyaların qaldırılmasını yeni sanksiyaların tətbiqi elan ediləndən sonra alqışlayıb.

Bununla ABŞ hökuməti qaldırılan sanksiyalarla yeni sanksiyalar arasında birbaşa bağlılığın olmadığını nümayiş etdirmək istəyib.

Obama İran üzərindən sanksiyaların qaldırıldığı günü "yaxşı gün" adlandırıb.

O deyib ki, iki ölkə arasındakı ixtilaflar onların maraqlarına xidmət etmir.

Ekspertlər bildirirlər ki, yeni sanksiyalar İranın Emad ortamənzilli raketlərinin sınağına görə tətbiq edilib.

ABŞ kəşfiyyatı bu raketlərin nüvə başlığı daşımaq qabiliyyətində olduğunu bildirib.

İranın ali rəhbəri ayətullah Əli Xamenei isə deyib ki, ölkənin raket proqramının onun nüvə faəliyyəti ilə əlaqəsi yoxdur və İran öz müdafiə qüdrətini gücləndirməkdə davam edəcək.

Açar sözlər:

Oxunub: 4964