Manat bu gün də gerilədi


14:33     18 Yanvar 2016 1452170354_20121_868015803254578_8074179042840250827_n.jpg

Azərbaycanda dolların və avronun rəsmi məzənnəsində dəyişiklik olub.


Mərkəzi Bankın verdiyi məlumata görə, bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5870 manat, avro isə 1,7293 manat təşkil edir.

Qeyd edək ki, həftəsonu Azərbaycanda rəsmi məzənnəyə görə 1 dollar 1.5706 manat, avro isə 1,7097 manat olub.

Xatırladaq ki, 2015-ci il dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb.

Açar sözlər:

Oxunub: 784