Klinton Putini “xuliqan” adlandırdı


15:12     18 Yanvar 2016 HillaryClinton_c0-460-4595-3139_s885x516.jpg

Amerika prezidentliyinə Demokratlar Partiyasından namizəd Hillari Klinton Rusiya prezidenti Vladimir Putinlə münasibətlərinə toxunub.


Hilari Klinton etiraf edib ki, dövlət katibi olduğu vaxt Rusiya prezidenti Vladimir Putinlə danışmaq olduqca çətin olub.

Femida.az xəbər verir ki, NBC telekanalına müsahibəsi zamanı Klinton Rusiya liderini hörmətə layiq davakar adam kimi xarakterizə edib.

“Mənim onunla münasibətlərim? Bu maraqlıdır. Biz bir-birimizlə çətinliklə danışırdıq. O, elə adamdır ki, yanında öz maraqlarını sonuna qədər müdafiə etmək lazımdır. Bütün xuliqanlar kimi, o da hər şeyi özünə götürməyə çalışır, siz onu dayandırmayana qədər".

Klinton prezident seçilərsə, Rusiya ilə münasibətləri yenidən canlandıracağını deyib.

"Rusiya ilə münasibətlərin gələcəyi onların mənə verəcəyi cavabdan asılıdır. Mən dövlət katibi olarkən Rusiya ilə İranın nüvə proqramının məhdudlaşdırılmasına aid əməkdaşlıq aparmışdıq".

ABŞ prezidentliyinə namizəd hesab edir ki, ABŞ Avropa ölkələri ilə birgə hərəkət etməlidir. O, Krım və Donbasdakı hadisələrlə əlaqədar Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə sevindiyini gizlətməyib.

“Biz birlikdə olmalı və Putinin Avropa və Yaxın Şərqdə daha aqressiv mövqe tutmağına mane olmalıyıq”.

Açar sözlər:

Oxunub: 934