Sabah Milli Məclis nəyi müzakirə edəcək? - Prezidentdən açıqlama


19:32     18 Yanvar 2016 milli-meclis32.jpg

Milli Məclisin sabah keçiriləcək növbədənkənar iclasında hansı məsələlərin müzakirə olunacağı məlum olub.


Femida.az-ın məlumatına görə, prezident İlham Əliyev bu gün iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə ölkədə valyuta bazarının tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsinin vacib oldunu qeyd edib.

Bu istiqamətdə müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən ölkə başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsi ilə bağlı məsələyə Milli Məclisin növbədənkənar sessiyasında baxılacağını qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1155