Əhalinin gəlirləri artıb


20:28     18 Yanvar 2016 2015-08-31-16-15-50655.jpg

Azərbaycanda 2015-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə nominal ifadədə 5,7% artaraq 41,7 mlrd. manata çatıb. Dövlət Statistika Komitəsindən Femida.az-a verilən xəbərə görə, əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi orta hesabla 4 380,1 manat və ya ayda 365 manat təşkil edərək 4,5% artıb.


Bu dövrdə gəlirlərin 72,1%-i son istehlak xərclərinə, 9,1%-i vergilərin, sığorta və üzvlük haqlarının, 2,9%-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 15,9%-i isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 37,9 mlrd. manat və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% çox vəsait qalıb.

Femida.az

Açar sözlər:

Oxunub: 944